Sanço Bundesliqada rekord qırdı
29.04.2024 - 14:31
Sanço Bundesliqada rekord qırdı

İcarə əsasında Dortmund "Borussiya"sında çıxış edən Ceydon Sanço Almaniya çempionatında rekorda imza atıb.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi buna Bundesliqanın 31-ci turunun “Leypsiq”lə matçında (1:4) komandasının yeganə qolunu vuraraq nail olub.

Bu, Sançonun Bundesliqada 40-cı qoludur. O, turnir tarixindəki ən uğurlu ingilisdir. Yarımmüdafiəçi "Köln" üçün 39 qol vuran Toni Vudkoku keçib.

Xatırladaq ki, ingilis futbolçu “Mançester Yunayted”ə məxsusdur.

0