Sane "Bavariya"dakı gələcəyindən danışıb
09.04.2024 - 14:58
Sane "Bavariya"dakı gələcəyindən danışıb

"Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Leroy Sane “Bavariya” ilə danışıqlardan bəhs edib

Apasport.az xəbər verir ki, futbolçu hələ ki, bu barədə düşünmədiyini bildirib:

“Gələcəyim bir neçə amildən asılıdır. Hələ ki, bu barədə düşünmürəm. Qarşıda “Arsenal”la vacib matçımız var, bütün diqqətimi ora yönəltmişəm. Müqavilə danışıqları davam edir. Ola bilsin ki, proses yaxın bir neçə həftədə sürətlənsin”.

Sane ilə Bayern arasındakı hazırkı müqavilə 2025-ci ilin ortalarına qədərdir. 

Qeyd edək ki, cari mövsüm Leroy Münhen nəhənginin heyətində 37 matçında iştirak edib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.

0