[b]Sarrili “Çelsi” qələbə ilə başladı[/b]
23.07.2018 - 22:43
[b]Sarrili “Çelsi” qələbə ilə başladı[/b]

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Çelsi” sınaq matçı keçirib. Apasport.az saytının məlumatına görə, London klubu yeni baş məşqçisi Maurisio Sarrinin rəhbərliyi altında ilk oyununa çıxıb.

 

“Zadəganlar”ın rəqibi Avstraliyanın “Pert Qlori” klubu olub. Matç “Çelsi”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Yeganə qolu Pedro Rodrigez vurub.