Transfer çalışmalarını davam etdirən “Səbail” daha bir əcnəbi futbolçu ilə anlaşıb. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar bu dəfə hücum xəttini gücləndirib.
Bir neçə oyunçusu ilə yollarını ayıran “Səbail” ön xətdə yaranan boşluğu Kevin Brandon Kubemba ilə doldurub. Fransa vətəndaşı olan 192 sm boya malik Konqo əsilli Kubembanın son klubu Fransanın “Bur-an-Bress” klubu olub.
25 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. “Amyen”in yetirməsi olan Kubemba karyerası ərzində “Lill”, “Brest”, “Sent-Truyden” və Sofiya MOİK-nin də formasını geyinib.
Qeyd edək ki, “Səbail”in yay fasiləsində ilk əcvnəbi transferi İqor Korotetski olub.