Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Latviyanı məğlub edib.
Toplanış çərçivəsində Qırğızıstana (3:0) qalib gəlib, eyni hesabla Qazaxıstana yenilən futbolçularımızı Riqada 3:1 hesablı qələbəyə sevinib.
Qurban Qurbanovun rəhbərliyi altında 6-cı sınağına çıxan millimiz tarixində 4-cü dəfə Latviya ilə üz-üzə gəlib.
Baltik təmsilçisi ilə bundan əvvəlki hər 3 görüş Riqada, yoxlama görüşü çərçivəsində olmuşdu. Rəqiblər 1997 və 2002-ci ildə 0:0, 2004-cü ildə isə 2:2 hesablı bərabərliklə kifayətləniblər.
14 il əvvələ təsadüf edən son dueldə yığmamızın ikinci qoluna penaltidən məhz Qurban Qurbanov imza atıb. Bu, həm də onun milli karyerasında sonuncu qolu olub.
Komandamız Qurbanovun rəhbərliyi altında ilk səfər qalibiyyətini əldə edərək həm də heç-heçə seriyasına son qoyub.