[b]Şehiç Türkiyə klubu ilə anlaşdı[/b]
09.06.2018 - 16:07
[b]Şehiç Türkiyə klubu ilə anlaşdı[/b]

“Qarabağ”dan ayrılan İbrahim Şehiçin yeni komandası müəyyənləşib. Apasport.az-ın erzurumhaber.com.tr saytına istinadən məlumatına görə, qolkiper karyerasını Türkiyədə davam etdirəcək.

Belə ki, Bosniya və Herseqovina millisinin qapıçısı “Ərzurumspor”la anlaşıb. Yeni mövsümdə Superliqada mübarizə aparacaq Ərzurum klubu Şehiçin bu keçidə ilkin razılığını alıb. Onun qarşıdakı günlərdə şəhərə gələrək, münasibətləri rəsmiləşdirməsi gözlənilir.

Qeyd edək ki, İbrahim Şehiç əvvəllər də Türkiyədə çıxış edib. O, 2011-2013-cü illərdə “Mersin İdman Yurdu”nun formasını geyinib.