[b]Şehiçin “Ərzurumspor”dakı qazancı açıqlandı[/b]
11.06.2018 - 11:17
[b]Şehiçin “Ərzurumspor”dakı qazancı açıqlandı[/b]

“Qarabağ”dan ayrılan qapıçı İbrahim Şehiçin yeni klubu “Ərzurumspor”la müqaviləsinin təfərrüatları müəyyənləşib. Apasport.az-ın “Fotomaç” nəşrinə istinadən məlumatına görə, 29 yaşlı qolkiper sabah yeni klubu ilə münasibətləri rəsmiləşdirəcək.

 

Bosniya və Herseqovina millisinin üzvü Superliqa təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Şehiç sabah Bakı vaxtı ilə 13:00-da menecer Fatih İleklə birlikdə İstanbula gələrək, sözləşməyə qol çəkəcək. Onun yeni komandasında illik məvacibinin 550 min avro olacağı vurğulanıb.

 

Qeyd edək ki, İbrahim Şehiç 2011-2013-cü illərdə Türkiyədə “Mersin İdman Yurdu”nun formasını geyinib.