"Sevilya" "Fənərbaxça"nın futbolçusu ilə maraqlanır
24.04.2024 - 12:38
"Sevilya" "Fənərbaxça"nın futbolçusu ilə maraqlanır

"Fənərbaxça"nın futbolçusu İrfan Can Kahveci mövsümün sonunda komandadan ayrıla bilər.

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, 28 yaşlı sağ cinah oyunçusu ilə Avropanın bir neçə klubu maraqlanır. 

"Sevilya" türk futbolçu üçün "bülbüllər"ə 20 milyon dollarlıq təklif göndərib. İstanbul nəhəngi bu təklifi qəbul etməyib.

"Nyukasl", "Latsio" və "Renn" də Türkiyə millisinin üzvü ilə yaxından maraqlanır.

Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 17 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 

0
Fənərbaxça İrfan Can Kahveci "Nyukasl" "Latsio" "Renn" Sevilya