"Sevilya" "Tottenhem"in hücumçusunu heyətinə qatmaq istəyir
01.02.2024 - 15:59
"Sevilya" "Tottenhem"in hücumçusunu heyətinə qatmaq istəyir

İspaniyanın “Sevilya” klubu yayda London komandasına qoşulan “Tottenhem”in hücumçusu Aleixo Velizə göz dikib.

Apasport.az xəbər verir ki, “Sevilya” 20 yaşlı argentinalını satın alma opsiyonu olmadan icarəyə götürmək istəyir.

"Tottenham" icarə müqaviləsi ilə razılaşa bilər, çünki Velis müntəzəm oyun təcrübəsi əldə etmək istəyir.

Klublar arasında danışıqlar davam edir, hələ ki, razılıq əldə olunmayıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının cari mövsümündə Velis 8 matçda 1 qol vurub. Hücumçu əvvəllər Argentinada "Rosario Sentral"da çıxış edib.

 

0