“Siti”də ciddi itki: 8-10 həftə forma geyinə bilməyəcək
14.02.2025 - 19:54
![“Siti”də ciddi itki: 8-10 həftə forma geyinə bilməyəcək](https://apasport.az/storage/news/2025/february/14/big/67af6600daac367af6600daac4173954816067af6600daab767af6600daac2.jpeg)
“Mançester Siti”nin zədələnən futbolçusu Manuel Akancinin taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.
O bildirib ki, mərkəz müdafiəçisi 8-10 həftə meydanlardan kənar qalacaq. O, bu müddətdə əməliyyat olunacaq.
Qeyd edək ki, Manuel Çempionlar Liqasının pley-off mərhələsinin “Real”la ev oyununda (2:3) xəsarət aldıqdan sonra zədələnib.
0
0