“France Football” yeni mükafat təsis edib.
Apasport.az saytının məlumatına görə, bu ildən “Sokrates kuboku”nun ən yaxşısı mükafatlandırılır.
“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində “Sokrates kuboku”nun ilk sahibi bəlli olub. İctimai və xeyriyyə layihələrində iştirak edən futbolçular üçün nəzərdə tutulan yeni mükafatın birinci qalibi "Bavariya"nın seneqallı hücumçusu Sadio Mane olub.
“Sokrates kuboku” sosial inteqrasiya, ətraf mühitin inkişafına töhfə verən, böyük təhlükə altında olan, münaqişə qurbanlarına yardım məqsədli xeyriyyə işlərində fəal iştirak edənlərə verilir.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir