[b]Son 18 il ərzində ilk dəfə[/b]
27.07.2018 - 14:41
[b]Son 18 il ərzində ilk dəfə[/b]

“Real” son 18 il ərzində ilk dəfə mövsümə heyətində “Qızıl top” mükafatçısı olmadan start verir. Luiş Fiqunun transfer edildiyi 2000-01 mövsümündən etibarən Madrid klubunun heyətində həmişə futbolun əsas fərdi mükafatını qazanan bir futbolçu olub.

 

Zinədin Zidan, Maykl Ouen, Ronaldo, Fabio Kannavaro, Kaka və Kriştianu Ronaldo – onların hamısı müxtəlif illərdə “Qızıl top”a sahib çıxıblar.

 

Kriştianu Ronaldonun mövsümlərarası fasilədə “Yuventus”a transfer olmasının ardından “Real”da belə bir futbolçu qalmayıb. “Qızıl top” mükafatını qazanan və hazırda karyerasını davam etdirən digər oyunçu isə “Barselona”nın ulduzu Lionel Messidi.

0