[b]“Sumqayıt” ilk qələbəsini qazandı[/b]
25.07.2018 - 19:21
[b]“Sumqayıt” ilk qələbəsini qazandı[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi “Yeni Malatyaspor”la qarşılaşıb.

 

Superliqa klubu ilə oyun təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Belə ki, Nazim Süleymanovun komandası malatyalılara 3:1 hesabı ilə qalib gəliblər.

 

“Kimyaçılar”ın heyətində Yusif Nəbiyev 36 və 60-cı dəqiqələrdə dubl edibsə, Əfran İsmayılov bir dəfə fərqlənib. Malatyalılardan Butaib qol sevinci yaşayıb.

 

Qeyd edək ki, “Sumqayıt” Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama görüşündə Qətər klubu “Əl-Şəhaniyə” ilə bərabərə qalıb (1:1), ikinci matçında isə “Alanyaspor” qarşısında darmadağın olub – 7:0.