"Sumqayıt" milli üzvünün keçidini açıqladı
11.06.2018 - 16:15
"Sumqayıt" milli üzvünün keçidini açıqladı

Əfran İsmayılovun “Sumqayıt”a keçidi rəsmiləşib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Vurğun Hüseynov, Cavid Tağıyev, Bəxtiyar Həsənalızadə və Rail Məlikovla müqavilə yeniləyən “gənclik şəhəri” təmsilçisi “Qarabağ”ın sabiq üzvü ilə 1 illik saziş bağlayıb. Milli komandamızın üzvü yeni klubunda 22 nömrəli formada çıxış edəcək.

Elvin Məmmədov, Yusif Nəbiyev və Şəhriyar Əliyevin keçidinin də yaxın vaxtlarda açıqlanması gözlənilir.

Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.