[b]“Sumqayıt” Nəbiyevi açıqladı[/b]
12.06.2018 - 17:44
“Sumqayıt” yay fasiləsində növbəti transferini açıqlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, müdafiəçi Yusif Nəbiyev “gənclik şəhəri” təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.
Müqavilə ilə “Qəbələ”yə məxsus olan cinah oyunçusu anlaşmaya əsasən, qarşıdakı mövsümü icarə əsasında “Sumqayıt”da keçirəcək.
Qeyd edək ki, Yusif Nəbiyev 2016/2017 mövsümündə də “Sumqayıt”ın şərəfini qoruyub. 20 yaşlı futbolçu 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.
0
0