[b]“Sumqayıt”da 2 gizli müqavilə[/b]
07.06.2018 - 21:43
[b]“Sumqayıt”da 2 gizli müqavilə[/b]

“Sumqayıt” iki futbolçu ilə anlaşıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, “kimyaçılar” Əfran İsmayılov və Elvin Məmmədovu heyətə cəlb edib.

 

Hələlik ictimaiyyətdən ciddi şəkildə gizlədilən anlaşmanın detallarını əldə etmişik. Belə ki, həm “Qarabağ”dan uzaqlaşdırılan Əfran ismayılov, həm də “Qəbələ”dən göndərilən Elvin Məmmədovla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Sumqayıt” baş məşqçi postuna Nazim Süleymanovu gətirib.