“Sumqayıt”da daha 1 rəsmi müqavilə
12.06.2018 - 16:45
“Sumqayıt” 2018/2019 mövsümü üçün növbəti transferini həyata keçirib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, “Gənclik şəhəri” təmsilçisi Şəhriyar Əliyevi heyətinə qatıb.
25 müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şəhriyar “Bakı”, “Qarabağ” və "Qəbələ"nin formasını geyinib. Onun son klubu “Kəpəz” olub. Əliyev Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.
0
0