[b]Şürrle Premyer Liqa klubuna keçir[/b]
25.07.2018 - 17:37
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Andre Şürrle karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, ulduz futbolçu “Fulhem”lə müqavilə bağlayacaq.
Almaniya millisinin üzvü artıq Londondadı. 28 yaşlı hücumameylli oyunçu öncə tibbi müayinədən keçəcək, ardından isə rəsmi sözləşməyə qol çəkəcək. Onun transferinin və müqaviləsinin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Andre Şürrle “Borussiya”ya 2016-cı ildə “Volfsburq”dan keçmişdi.
0
0