[b]Şürrle Premyer Liqa klubunda[/b]
26.07.2018 - 11:25
[b]Şürrle Premyer Liqa klubunda[/b]

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Andre Şürrle karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, yeni mövsümdən etibarən Premyer Liqada çıxış edəcək “Fulhem” alman futbolçunu 2 mövsümlük icarəyə götürüb.

 

Şürrle yeni klubunda 14 nömrəli formanı geyinəcək.

 

27 yaşlı yarımmüdafiəçi daha öncə İngiltərədə “Çelsi”də çıxış edib.

 

Qeyd edək ki, 2017-18 mövsümündə Bundesliqada 18 matçda meydana çıxan Andre Şürrle 18 matçda meydana çıxıb, 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.