[b]Tite Braziliya yığması ilə müqavilə yenilədi[/b]
26.07.2018 - 10:45
[b]Tite Braziliya yığması ilə müqavilə yenilədi[/b]

Baş məşqçi Titenin Braziliya millisindəki gələcəyinə aydınlıq gəlib. Apasport.az-ın FİFA-nın saytına istinadən məlumatına görə, 57 yaşlı mütəxəssislə müqavilə yenilənib.

 

Titenin yeni sazişi 4 il müddətinə nəzərdə tutulub. O, Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının sonuna qədər Braziliya millisini çalışdıracaq.

 

Tite 2016-cı ildən “pentakampeonlar”ın baş məşqçisidi. Onun rəhbərliyi altında Braziliya yığması Rusiyada keçirilən mundialda 1/4 finalda Belçikaya uduzaraq, mübarizəni dayandırmışdı.