Tonali meydana qayıdır
28.09.2022 - 15:07
Tonali meydana qayıdır

“Milan”ın futbolçusu Sandro Tonali zədədən sonra meydana qayıtmağa hazırdır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi növbəti oyunda “rossonyeri”nin formasını geyinə bilər.

Milanın eyniadlı təmsilçisi A seriyasının VIII turunda “Empoli” ilə qarşılaşacaq. Bu matç oktyabrın 1-də baş tutacaq.

Qeyd edək ki, Sandro cari mövsüm A seriyasında 6 oyuna çıxıb.

0