“Tottenhem”, “Mançester Yunayted” və “Çelsi”nin radarına düşdü
11.02.2023 - 14:32
İngiltərədə "Brentford"un qapıçısı David Raya top komandaların radarına düşüb.
Apasport.az saytı xəbər verir ki, İspaniya millisinin də şərəfini qoruyan 27 yaşlı qolkiper Avropanın aparıcı klublarından “Tottenhem”, “Mançester Yunayted” və “Çelsi”nin diqqətini cəlb edib.
Rayanın “Brentford” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulsa da, oyunçunun mövsümün sonunda klubunu dəyişəcəyi gözlənilir.
Qeyd edək ki, 2019-cu ildən bu komandanın şərəfini qoruyan Raya iki dəfə klubunu dəyişmək təklifini rədd edib. “Brentford”un oyunçuya 40 milyon avro qiymət qoyduğu bildirilir.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0