“Tottenhem”dən 50 milyonluq transfer
04.08.2023 - 16:44
“Tottenhem”dən 50 milyonluq transfer

“Tottenhem”in heyətinə qatacağı futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Volfsburq”un müdafiəçisi Mikki van de Ven İngiltərə klubuna keçəcək.

Onun transferi ilə bağlı razılıq əldə olunub. 22 yaşlı niderlandlı üçün 50 milyon avro ödəniləcək. Müdafiəçinin özü ilə müqavilənin detalları da razılaşdırılıb. 

Qeyd edək ki, Mikki 2021-ci ilin avqustundan “Volfsburq”un formasını geyinir.

0