"Tottenhem"in sabiq futbolçusunun yeni klubu bəlli oldu
18.02.2025 - 22:26
"Tottenhem"in sabiq futbolçusunun yeni klubu bəlli oldu

"Tottenhem"in sabiq futbolçusu Qilfi Siqurdssonun yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, islandiyalı "Valur"u tərk edib.

O, karyerasına "Vikinqur"da davam edəcək.

Tərəflər artıq müqavilə imzalayıblar. Bunu Reykyavik təmsilçisinin mətbuat xidməti açıqlayıb. 

Qeyd edək ki, yarımmüdafiəçi bunadək “Everton”, “Suonsi”, “Tottenhem”, “Ridinq”, “Hoffenhaym”, “Kru” və “Şrusberi Taun” klublarında çıxış edib.