"Trabzonspor" ÇSKA-nın futbolçusunu istəyir
12.02.2024 - 11:56
"Trabzonspor" ÇSKA-nın futbolçusunu istəyir

ÇSKA-nın yarımmüdafiəçisi Viktor Mendez karyerasını "Trabzonspor"da davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "61saat" məlumat yayıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu çilili futbolçunu daha əvvəl 4 milyon avro və 2 milyon bonus təklifi rədd edildikdən sonra heyətinə qatmaq üçün yeni cəhd edəcək.

Transferin gələn ilin yayında baş tuta biləcəyi bildirilir.

Bu mövsüm Mendez ÇSKA-nın heyətində 21 oyun keçirib, 1 qol vurub. "Transfermarkt" portalı Çili millisinin oyunçusunu 5 milyon avro olaraq qiymətləndirir. 
 

0