"Trabzonspor"da Eren Elmalıdan sonra növbəti ayrılıq
18.02.2025 - 22:36
"Trabzonspor"da Eren Elmalıdan sonra növbəti ayrılıq

Türkiyə Super Liqası təmsilçilərindən “Trabzonspor”da daha bir ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, surinamlı müdafiəçi Stefano Densvillə yollar ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Xatırladaq ki, oyunçu Qara dəniz təmsilçisinə 2022-ci ildə “Bolonya”dan transfer olunmuşdu.

Qeyd edək ki, Densvil bu mövsüm “Trabzonspor”un heyətində iştirak etdiyi 15 rəsmi matçda 1 qolla yadda qalıb.