“Trabzonspor”un müdafiəçisi İtaliya klublarının radarında
29.12.2025 - 14:18
“Trabzonspor”un müdafiəçisi Arseniy Bataqov transfer bazarında böyük maraqla qarşılanır.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində İtaliyanın “Napoli” və “Bolonya” klubları, həmçinin, Portuqaliya “Benfika”sı maraqlıdır.
“Trabzonspor” rəhbərliyi ukraynalı futbolçunun qiymətini 30–35 milyon avro olaraq müəyyənləşdirib və daha aşağı məbləğə onunla yolları ayırmaq niyyətində deyil.
Bataqov 2025/26 mövsümünün ilk yarısında Türkiyə çempionatında 16 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0