[b]Türk futbolçu “Selta”da - RƏSMİ[/b]
15.06.2018 - 17:43
“Trabzonspor”un yarımmüdafiəçisi Okan Yokuşlu karyerasını İspaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü “Selta” ilə anlaşıb.
Artıq oyunçunun keçidi klub tərəfindən rəsmən açıqlanıb.
24 yaşlı futbolçu Viqo klubu ilə 5 illik müqavilə imzalayıb. “Trabzonspor” transferdən 6 milyon avro qazanacaq.
Qeyd edək ki, Okay son mövsüm “Trabzonspor”un heyətində 33 oyunda meydana çıxıb və 2 qol vurub.
0
0