Türkiyə kubokunun yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldu
22.04.2024 - 16:16
Türkiyə kubokunun yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldu

Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Apasport.az xəbər verir ki, turun ilk oyununda "Beşiktaş"ın "Ankaragücü"nü qəbul edəcəyi matçın baş hakimi Ümit Öztürk olacaq. "Trabzonspor"un "Karagümrük"ü qəbul edəcəyi matçın start fitini Ali Şansalan səsləndirəcək.

Qeyd edək ki, "Ankaragücü" - "Beşiktaş" oyunu 23 aprel saat 21:30-da başlayacaq. "Trabzonspor" - "Karagümrük" matçı isə 24 aprel saat 21:30-da oynanacaq.

0