[b]Tuxelin tələbi, Rayolanın planı[/b]
13.06.2018 - 10:40
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti yeni baş məşqçi Tomas Tuxellə görüş keçirib. Apasport.az saytının “Paris United”ə istinadən məlumatına görə, oyunçuların qidalanmasına xüsusi diqqət yetirən alman mütəxəssis italiyalı futbolçudan çəkisini azaltmasını istəyib.
Verratti məşqçinin tələbinin əleyhinə olmasa da, onun agenti Mino Rayola oyunçunun başqa klublara keçidi üçün cəhdlərini davam etdirir. Hazırda “Real”, “Mançester Yunayted” və “Yuventus” onunla yaxından maraqlanır.
Verrattinin PSJ ilə olan müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
0
0