[b]Tyerri Anri seçim qarşısında[/b]
27.07.2018 - 13:32
[b]Tyerri Anri seçim qarşısında[/b]

Fransa yığması və “Arsenal”ın sabiq futbolçusu Tyerri Anri yaxın günlərdə məşqçilik karyerasına başlayacağından əmindi. Daha öncə Titinin “Aston Villa”nı çalışdıracağına dair xəbərlər yayılsa da, sonda Birmingem klubu Stiv Bryusla yoluna davam etmək qərarı almışdı.

 

Apasport.az saytının “Mirror”a istinadən məlumatına görə, hazırda Anriyə 4 müxtəlif klubdan təklif var. Yaxın günlərdə fransızın təklifləri ətraflı dəyərləndirib, yekun qərarını açıqlayacağı gözlənilir.

 

Qeyd edək ki, Tyerri Anri hələ də Belçika yığmasının baş məşqçisi Roberto Martinesin köməkçisi postunda qalır.