Bu gün Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Riqada Latviya ilə qarşılaşıb.
Komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatan görüş heyətdəki 22 futbolçudan 3-ü üçün əlamətdar olub. Belə ki, həmin oyunçular yığmanın heyətində yubiley matçlarına çıxıblar.
Zədədən qayıdan Bədavi Hüseynov sonlarda şans qazanaraq, 35-ci dəfə milli forma geyinib. Namiq Ələsgərov isə 15-i tamamlayıb.
Bu oyuna qədər yığmada 4 oyunda meydana çıxmış Təmkin Xəlilzadə isə mini yubileyi qeyd edib.
Komandamızın heyətində təlim-məşq toplanışında olan, amma heç bir matçda forma geyinməmiş Slavik Alxasovun debütü yenə baş tutmayıb.
|
Futbolçu |
oyun |
qol |
|
Kamran Ağayev |
74 |
-117 |
|
Cavid Hüseynov |
55 |
2 |
|
Ruslan Abışov |
56 |
4 |
|
Maksim Medvedev |
48 |
3 |
|
Qara Qarayev |
42 |
0 |
|
Bədavi Hüseynov |
35 |
0 |
|
Dmitri Nazarov |
31 |
6 |
|
İlqar Qurbanov |
30 |
1 |
|
Araz Abdullayev |
27 |
2 |
|
Ruslan Qurbanov |
23 |
1 |
|
Ufuk Budak |
17 |
0 |
|
Namiq Ələsgərov |
15 |
0 |
|
Ramil Şeydayev |
14 |
1 |
|
Səlahət Ağayev |
12 |
-8 |
|
Pavel Paşayev |
11 |
0 |
|
Cavid İmamverdiyev |
8 |
1 |
|
Coşqun Diniyev |
8 |
0 |
|
Mahir Mədətov |
7 |
1 |
|
Rəhman Hacıyev |
7 |
0 |
|
Ürfan Abbasov |
7 |
1 |
|
Emin Mahmudov |
6 |
1 |
|
Amil Yunanov |
4 |
0 |
|
Anar Nəzirov |
4 |
-2 |
|
Təmkin Xəlilzadə |
5 |
0 |
|
Rahil Məmmədov |
4 |
0 |
|
Slavik Alxasov |
0 |
0 |