[b]UEFA-dan ağır cəza [/b]
26.07.2018 - 21:24
[b]UEFA-dan ağır cəza

[/b]

UEFA Fransanın “Marsel” klubunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının ötən mövsüm keçirilən oyunları zamanı azarkeşlərin yol verdiyi hərəkətlər kluba baha başa gəlib.

 

Marselin eyniadlı təmsilçisi şərti olaraq bir mövsümlük avrokuboklardan kənarlaşdırılıb. Komandaya 2 illik sınaq müddəti tətbiq ediləcək. Bu müddətdəki qayda pozuntusu bir mövsümlük cəzaya səbəb olacaq.

 

“Velodrom”dakı növbəti avrokubok matçına komanda azarkeşlərsiz çıxacaq. 100 min avro cərimə ödəməli olan “Marsel” Avropa Liqasının finalında Lion stadionuna vurulan ziyanı da qarşılaşamalıdı.

0