Süper Liqa təmsilçilərindən "Qalatasaray"ın forvardı Barış Alper Yılmaz Avropa klublarının radarındadır.
Apasport.az "Hürriyet" nəşrinə istinadla xəbər verir ki, Premyer Liqa klublarından “Vest Hem” Türkiyə millisinin hücumçusu üçün “Qalatasaray”a 25+5 milyon avro təklif edib.
İstanbul klubu bu təklifi də məqsədəuyğun saymayıb və rədd edib.
Barış Alperlə "Everton", "Aston Villa", "Nyukasl Yunayted" və "Latsio" kimi klublar da maraqlanır.
Qış "transfer pəncərəsi"ndə futbolçusunu buraxmaq istəməyən "cimbom" Barış üçün daha yüksək təkliflər gözləyir.
2027-ci ilin iyununa qədər "cimbom"la müqaviləsi olan Barış Alper Yılmaz bu mövsüm 28 matçda forma geyinib. 24 yaşlı futbolçu bu matçlarda 11 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı