“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandasını dəyişmək fikrinə düşüb.
Apasport.az saytının məlumatına görə, yanvarda “Fiorentina”dan transfer edilən 22 yaşlı forvard “qoca sinyora”nın cari mövsümdəki çıxışından məmnun deyil.
Komanda Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməsə, yay transfer pəncərəsi zamanı satılmasını tələb edəcək. Hazırda A seriyasında 8-ci pillədə qərarlaşan “Yuve” 9 turdan sonra Çempionlar Liqasının zonasından 7 xal geridədir. Komanda eyni zamanda ÇL-in qrupunda 3 xalla 3-cü yerdədir.
Qeyd edək ki, Duşan Vlahoviçin “Yuventus”la müqavilə müddəti 2026-cı ilə qədərdir.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir