Vlahoviç "Milan"ın hədəfində
13.05.2026 - 16:34
Vlahoviç "Milan"ın hədəfində

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, forvardın xidmətində “Milan” maraqlıdır.

Klub futbolçu üçün təklif hazırlayır.

Keçid “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin komandada qalacağı təqdirdə reallaşa bilər. Vlahoviçin “Yuventus”la müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq.

Qeyd edək ki, 26 yaşlı forvard cari mövsümdə 17 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.