Vlahoviçə Premyer Liqadan müştəri
03.12.2022 - 18:00
Vlahoviçə Premyer Liqadan müştəri

“Liverpul” Serbiya millisinin və “Yuventus”un futbolçusu Duşan Vlahoviçi heyətinə qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu forvardı qışda transfer etməyi düşünür.

Premyer Liqa təmsilçisi balkanlı üçün böyük vəsait də ödəməyə razıdır. “Liverpul” mərkəz müdafiəçisi İbrahima Konateni də Turin klubuna buraxmağa hazırdır.

Qeyd edək ki, Vlahoviçin adı PSJ ilə yanaşı da hallanır. Lakin fransalılar bu keçidi yayda reallaşdırmağı düşünür.
 

0