Xavi “Barselona”da qala bilər
03.04.2024 - 13:19
Xavi “Barselona”da qala bilər

"Barselona"nın baş məşqçisi Xavi Hernandez yeni mövsümdə Kataloniya klubunda qala bilər. 

Apasport.az bildirir ki, ispaniyalı mütəxəssis rəhbərlikdən müəyyən təminatlar alacağı təqdirdə, getmək qərarını dəyişə bilər.

Xavi rəhbərliyin bir neçə futbolçu ilə danışıqlar aparsa da, müqavilə imzalaya bilməməsi ilə barışmaq istəmir. 

Qeyd edək ki, “qırmızı göylər” yeni məşqçi tapmaq üçün danışıqlarda hələ heç bir irəliləyiş əldə etməyib. Rəhbərlik  hələ də Xavinin bir mövsüm daha klubda qalacağını umid edir.

0