“Azərbaycan klubunun mənimlə maraqlandığını eşitməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo” klubunun qapıçısı Kristian Balqraden deyib.
O bildirib ki, Azərbaycan klubuna keçidi ilə bağlı Rumıniya mətbuatında yazılanları oxusa da, real təklif almayıb: “Lakin indi 100 faiz deyə bilərəm ki, “Dinamo”nun üzvüyəm. Hal-hazırda yalnız işimi düşünürəm. Əgər mənə və klubuma yaxşı təklif varsa, ora keçməyə hazıram. Hələlik isə heç bir klubun marağı haqda eşitməmişəm”.
Qeyd edək ki, “Dinamo”nun prezidenti Konstantin Angelake Rumıniya mətbuatına açıqlamasında qapıçının transferi üçün 100 min avro qiymət qoyulduğunu bildirib. O qeyd edib ki, Kristianın keçidi ilə bağlı Azərbaycan klublarından biri ilə danışıqlar aparılır.