Azərbaycan və Moldova milli komandalarının qarşılaşması avtoqolla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmamızın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə hesabı qonaqların futbolçusu Katalin Karp açıb.
Avtoqol müəllifi olan 22 yaşlı mərkəz müdafiəçisi Rumıniyanın “Styaua” klubuna çıxış edir. Vətənində “Zimbru”nun yetirməsi olan Karp Ukrayna nəhəngləri “Şaxtyor”la “Dinamo”nun yeniyetmə komandalarında da çıxış edib.
Maraqlı məqam isə Katalinin Azərbaycan bağlılığıdı. Belə ki, müdafiəçi ölkəmizdə çalışmış moldovalı məşqçi İlie Karpın oğludu. 2007-ci ildə Sumqayıt təmsilçisi “Gınclərbirliyi”ni çalışdıran mütəxəssis Premyer Liqanın 17 oyununda iş başında olub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI