Yaşıl meydanda daha bir ölüm faktı qeydə alınıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Ontinyent” klubunun 17 yaşlı oyunçusu matç zamanı ürək tutmasından dünyasını dəyişib.
Hadisə Valensiyanın Villanuevo de Kastellon bölgəsində baş verib. “Ontinyent” klubunun 17 yaşlı oyunçusu Oskar Martinez “Bastello” ilə oyunun 20-ci dəqiqəsində heç bir müdaxilə olmadan yerə yıxılıb. Gənc futbolçu bütün cəhdlərə baxmayaraq, həyatını itirib. Həkimlər onun ürək tutmasından keçindiyini bildiriblər.
Klub prezidentinin köməkçisi olayın ardından verdiyi açıqlamada hər şeyin bir dəqiqə içində baş verdiyini vurğulayıb: “Çox ani ölüm oldu. Heç bir şey bir gəncin yaşamasından önəmli deyil”.