DÇ-2014: 1/8 final mərhələsinin ilk cütlükləri müəyyənləşdi
24.06.2014 - 02:49
DÇ-2014: 1/8 final mərhələsinin ilk cütlükləri müəyyənləşdi

 

Dünya çempionatının 1/8 finalının ilk cütlükləri məlum olub. Apasport.az saytının məlumatına görə, Braziliya və Hollandiya milliləri öz qruplarında birinci yeri tutublar.

 

Müvafiq olaraq, Meksika və Çili 1/8 finala ikinci yerdən keçiblər. Beləliklə, A qrupunun lideri olan Braziliya 1/8 finalda B qrupunun ikincisi Çili ilə görüşəcək. Öz növbəsində, B qrupunun birincisi olan Hollandiya millisi 1/8 finalda A qrupunun ikincisi olan Meksika ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Braziliya-Çili matçı iyunun 28-də, Hollandiya-Meksika matçı isə iyunun 29-da keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.