2014-cü ilin ən yaxşıları açıqlandı
30.12.2014 - 18:10
2014-cü ilin ən yaxşıları açıqlandı

Məşhur “World Soccer” jurnalı 2014-cü ilin ən yaxşılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 928 xal toplayan Kriştianu Ronaldo planetin ən yaxşısı olub.

 

Portuqaliya millisinin və İspaniya “Real”ının hücumçusu ən yaxın izləyicilərini böyük fərqlə qabaqlayıb. Manuel Noyer (Almaniya, “Bavariya”) 789, Lionel Messi (Argentina, “Barselona”) 593 xal toplayıb.

 

Ən yaxşı baş məşqçi adına Almaniyanın baş məşqçisi Yoahim Löv layiq görülüb – 45 xal. Dieqo Simeone (“Atletiko”) 33, Karlo Ançelotti (“Real”) 15 xal toplaya bilib.

 

Almaniya millisi 2014-cü ilin komandası da olub – 65 xal. İspaniya klubları “Real” 23, “Atletiko” 11 xalla “üçlüy”ə düşüb.