2 oyun canlı yayımda
28.04.2014 - 15:18
2 oyun canlı yayımda

Topaz Premyer Liqasının XXXIII turunun iki oyunu canlı yayımlanacaq. Apasport.az xəbər verir ki, azarkeşlər mayın 2-də saat 15:00-da baş tutacaq “Bakı” – “Qarabağ” matçını AZTV, 2 saat sonra başlayacaq “Neftçi” – “Qəbələ” görüşünü isə “İdman Azərbaycan” kanalından izləyə biləcəklər.