Topaz Premyer Liqasının autsayderi “Sumqayıt”ın qələbə həsrəti başa çatıb. Apasport.az saytının məlumatına görə, Aqil Məmmədovun yetirmələri XXVIII turda AZAL-ı 2:1 hesabı ilə məğlub edib. Bununla da sumqayıtlıların 33 günlük qələbə həsrəti başa çatıb.
“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə fevralın 23-də “Neftçi” ilə ev oyununda qalib gəlmişdi – 2:0. XXIII turun matçından sonra 4 oyundur qələbə ilə yanaşı, qola da həsrət olan “Sumqayıt” bu müddətdə yalnız 1 xal qazanmışdı. Son 3 turda məğlub olan komanda martda xal üzü görməmişdi. XXIV turun fevralın 28-də “Bakı” ilə keçirilən və qolsuz başa çatan matç sumqayıtlıların son xalı idi.
33 gündən sonra
29.03.2014 - 10:37
0
0