35 milyon avroluq komanda Çempionlar Liqasının finalında
01.05.2014 - 19:41
35 milyon avroluq komanda Çempionlar Liqasının finalında

 

Jurnalistlər Çempionlar Liqasının finalına kimi gedib çıxan “Atletiko Madrid” klubunun oyunçularının qiymətini hesablayıblar. Apasport.az saytının məlumatına görə, “Atletiko” rəhbərliyi dünyanın ən güclü klub turnirinin finalına çıxan komandanın əsas heyətini yığmaq üçün vaxtilə cəmi 35 milyon avro xərcləyib.

 

Müqayisə üçün qeyd edək ki, “Atletiko”nun dünənki rəqibi “Çelsi”nin hücumçusu Fernando Torresin qiyməti 50 milyon avrodur. Bu, Madrid klubunun bütün əsas heyətindən 15 milyon avro çoxdur.

 

“Atletiko”nun əsas heyətindəki oyunçuların qiyməti:

 

Tibu Kurtua – icarə

 

Xuanfran – 4 milyon avro

 

Miranda – pulsuz

 

Dieqo Qodin – 8 milyon avro

 

Felipe Luis – 10,5 milyon avro

 

Mario Suares – pulsuz

 

Tyaqu – pulsuz

 

Koke – pulsuz

 

Arda Turan – 12 milyon avro

 

Adriano – pulsuz

 

Dieqo Kosta – 0,8 milyon avro

 

Ümumilikdə: 35,3 milyon avro.