Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nın iştirakçısı “Kayrat” Qazaxıstan çempionu titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycana ötən il qazandığı Avropanın ən güclü titulunu qorumaq üçün gələcək Almatı təmsilçisi ardıcıl 11-ci dəfə Qazaxıstanda qızıl medallara sahib olub.
Braziliyalı baş məşqçi Kakaunun yetirmələri bu titulu sona 1 tir qamış əldə edib. Qazaxıstan çempionatının hər turu eyni komandalar arasında keçirilən 2 matçdan ibarət olduğundan finişədək hər klub 2 matça çıxacaq. Lakin çempion üçün bu matçlar formal xarakter daşıyır.
Çünki Bakıdakı turnirə hazırlaşan “Kayrat” 38 oyunda 103 xal toplamaqla ən ayxın izləyicisi “Tulpar”ı 10 xal qabaqlayır. Azərbaycan çempionu “Araz”ın finaldakı potensial rəqibi 34 qələbə qazanıb, 1 heç-heçə edib və 3 dəfə uduzduğu çempionatda 339 qol vurub, 105-ni buraxıb.
Qeyd edək ki, aprelin 24-də keçiriləcək yarımfinalda “Araz” İspaniya “Barselona”sı, “Kayrat” isə Rusiya “Dinamo”su ilə görüşəcək.