AZAL-ın məğlubiyyət seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, bakılılar ardıcıl 6 məğlubiyyətdən sonra ilk xalını qazanıb.
Sonuncu dəfə Topaz Premyer Liqasının XXIII turunun “Xəzər Lənkəran”la oyununda 1 xal qazanan (2:2) “təyyarəçilər” fevralın 23-dəki bərabərlikdən sonra məğlubiyyətləri sıralayırdı. 6 dəfə uduzan paytaxt təmsilçisi bu gün baş tutan XXX turun oyununda “Qəbələ” ilə qolsuz heç-heçə etməklə 48 gündən sonra hesabına xal əlavə edib. Bu heç-heçədən sonra əyalət təmsilçisinin çempionluq şansları rəsmən itib.
Qeyd edək ki, çempionatdakı qollu oyunlar seriaysı da sona çatıb. Fevralın 28-dəki XXIV turdan sonrakı 5 turda qolsuz nəticə qeydə alınmırdı.
[b]"Qəbələ" qızıl şansını itirdi, AZAL-ın xal həsrəti başa çatdı[/b]
12.04.2014 - 16:01
0
0