52 gündən sonra
08.05.2014 - 09:09
“İnter”in qələbə və məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Topaz Premyer Liqasının XXXIV turunda “Qarabağ”a uduzan bakılılar bunadək ardıcıl 7 qarşılaşmada qalib gəlmişdi.
Martın 16-da “Qarabağ”a 0:3 hesabı ilə uduzandan sonra nə məğlub olan, nə də xal itirən “bankirlər” yenə eyni rəqiblə qarşılaşmada büdrədi. Bu dəfə də böyük hesabla uduzan Kaxaber Sxadadzenin yetirmələri 52 gündən sonra xal itkisi ilə üzləşdi.
Qeyd edək ki, “İnter” “Qarabağ”ın 7 oyunluq qələbə seriyasını təkrarlamaqla mövsümün rekorduna şərik olub.
0
0