5 futbolçu “Sumqayıt”dan getdi
18.06.2014 - 17:31
5 futbolçu “Sumqayıt”dan getdi

“Sumqayıt”da növbəti mövsüm üçün daha 5 futbolçunun çıxış etməyəcəyi dəqiqləşib. Apasport.az saytının əldə etdiyi məlumatına görə, Kamil Hüseynov, Adil İbrahimov, Aqşin Muxtaroğlu, Ramil Mansurov və Ruslan Nəsirli “kimyaçılar”dan ayrılıb.

Bunlardan yalnız Ruslan Nəsirlinin karyerasını Premyer Liqa klubunda davam etdirəcəyi bilinir. Belə ki, Nəsirli bundan sonra elitanın debütantı “Araz-Naxçıvan”da oynayacaq.

Qeyd edək ki, Məhəmməd Mirzəbəyov və Mirzağa Hüseynpur ötən mövsüm başa çatdıqdan sonra “İnter”ə keçib. Uğur Pamuk isə “Xəzər Lənkəran”a məxsus olduğundan, cənubluların iyunun 24-dən başlayan Türkiyə hazırlıqlarına qoşulacaq.